İstifadəçi razılaşması

Giriş Saytda öz şəxsi əmlakınızın siyahısını,eləcə də turizm xarakterli tədbirlər haqqında məlumat yerləşdirmək istəyirsinizsə, ayrıca olaraq saytın təqdim etdiyi istifadə qaydaları və şərtləri ilə tanış olmalısınız.

İstifadə qaydaları və şərtləri Sayt, əmlak sahibi və Qonaq.az arasında hüquqi məcburi razılaşmanı əhatə edir. Saytın təklif etdiyi xidmətlərdən istifadə etməklə, siz istifadə qaydaları və şərtləri ilə razılaşdığınızı bildirirsiz. İstifadə qaydaları və şərtləri ilə tam razı olmadığınız təqdirdə, Sayta girişiniz olmayacaq və xidmətlərimizdən istifadə edə bilməyəcəksiniz. İstifadəçilər saytın tərtib etdiyi qayda və şərtlərə riayət etməli və buna uyğun olaraq saytın xidmətlərindən istifadə etməlidir

1. Əsaslar

1.1 Bu sayt əmlak sahibləri ( ev, villa, kənd evi, istirahət mərkəzləri,otel və s,) tərəfindən qonaqların həmin əmlaklar barədə məlumat əldə etmək imkanı verən platformadır.

1.2 QONAQ.AZ əmlak sahiblərini və qonaqları azad ticarət platforması ilə təmin edir və onları ortaq bir şəbəkədə birləşdirir. Bununla yanaşı, sayt əmlak sahiblərinə yerli və xarici qonaqları istənilən müddətə öz əmlaklarında yerləşdirmə imkanı verir.

1.3 QONAQ.AZ əmlak sahibi və Qonaq arasında hər hansı müqavilə (saytın tərtib etdiyi istifadə qaydaları və şərtlərindən kənar bağlanan müqavilə) bağlanmasında iştirakçı və vasitəçi kimi çıxış etmir.

1.4 QONAQ.AZ əmlak sahibi ilə Qonaq arasında yaranan mübahisələrin həllinə təşəbbüs göstərə bilər, yalnız məsələnin həll olunması saytın vəzifələrinə və səlahiyyətinə daxil deyil.

1.5 Heç bir yaşayış evləri(kənd evləri,villalar,mənzillər, istirahət mərkəzləri,otel və s,) saytın şəxsi əmlakı deyil və onlar istismar edilmir.

1.6 QONAQ.AZ heç bir yaşayış evlərini, mənzilləri və istirahət mərkəzlərini icarəyə götürmür, icarəyə vermir, lisenziyalaşdırmır, satışı ilə məşğul olmur və idarə etmir. Sayt o cümlədən, heç bir halda heç bir yaşayış evlərinin, mənzillərin, istirahət mərkəzlərinin sahiblərinin (istər əmlak sahibi olsun, istərsə də Qonaq) vasitəçisi və nümayəndəsi qismində çıxış etmir.

1.7 İstifadəçilər, əmlak sahibləri, istərsə də qonaqlar və ya digər şəxslərlə bağlanan bütün müqavilələr, sövdələşmələr və digər əməliyyatlar, yalnız həmin adı çəkilən şəxslər arasında həll edilir. Sayt bu cür müqavilələrin, sövdələşmələrin və ya digər əməliyyatların iştirakçısı deyil.

2. Şəxsi məlumatların yoxlanılması və digər istifadəçilərlə əməliyyatların aparılması

2.1Bizim istifadəçilərin şəxsiyyətini təsdiqləmək hüququmuz yoxdur. Saytın xidmətlərindən istifadə edən hər bir əmlak sahibi və qonaq bir-birilərinin şəxsiyyətinin müəyyən edilməsinə cavabdehlik daşıyırlar.

2.2 Biz xidmətlərimizdən istifadə edən və ya istifadə etmək üçün qeydiyyatdan keçən istər əmlak sahibləri olsun, istərsə də qonaqların şəxsiyyətini yoxlamırıq. 2.3 Biz hər hansı istifadəçinin nüfuzunu, onun davranışını, cinayət məsuliyyətinə cəlb olunub-olunmadığını araşdırmırıq və ya onların saytda təqdim elədikləri məlumatları yoxlamırıq. 2.4 Biz əmlak sahiblərinə və qonaqlara saytda mümkün vasitələrlə birbaşa olaraq əlaqə saxlamaq və bir birilərinin şəxsi səhifələrindəki məlumatları, mövcud olduğu halda rəyləri izləməyi tövsiyyə edirik. Əgər qonaqlar əmlak sahibinin (və ya əksinə) yalan məlumat təqdim etdiyindən şübhələnərsə, onlara bu barədə QONAQ.AZ-a əlaqə vasitəsilə bildirilməsi təklif edilir. 2.5 Hər bir istifadəçi bizim xidmətlərimizdən istifadə etdiyi zaman əməllərinə görə cavabdehlik daşıyır. 2.6 Bizim xidmətlərimizdən istifadə zamanı hər bir əmlak sahibi və qonaq arasında yaranmış hər hansı zərərə, ziyana və ya hər hansı digər hadisəyə görə sayt məsuliyyət daşımır. 2.7 QONAQ.AZ istifadəçilərin nalayiq, qeyri-əxlaqi, ədəbsiz və ya digər mübahiləsi hesab olunan materialların (rəylərin) aradan qaldırılmasını öhdəsinə götürür. 2.8 Əmlak sahibi və Qonaq bir biriləri arasında yaranan hər hansı münaqişəyə görə heç bir halda QONAQ.AZ üzərində hər hansı öhdəlik qoymağı və ya onun tərəfindən hər hansı hüquq yollardan istifad etməyi tələb etməməlidir. 3. Əmlak sahiblərinin və Qonaqların hüquq və öhdəlikləri 3.1 Əmlak sahibləri, bütövlükdə, bütün məlumatlara, o cümlədən, bütün foto şəkillərə, mətnlərə və digər məzmunlara görə, eləcə də onların əvəzlənməsinə və yenilənməsinə, düzgün tərcümə edilməsinə görə məsuliyyət daşıyırlar. 3.2 Əmlak sahibi tərəfindən təqdim olunmuş tərcümənin həqiqiliyinə və düzgün olmadığı təqdirdə hər hansı çatışmazlıqların aradan qaldırılması məsuliyyətini əmlak sahibi daşıyır. Əgər əmlak sahibinə və onun əmlakına aid tərəfimizdən tərcümə olunmuş hər hansı məlumatlarda yalnışlıq varsa buna görə əmlak sahiblərindən QONAQ.AZ-a məlumat verilməsi xahiş olunur. 3.3 Əmlak sahibləri və Qonaqlar şəxsi məlumatları və əmlakları ilə bağlı məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. 3.4 Qonaqlar əmlak ilə bağlı göstərilən qiymət, xidmət səviyyəsi, şərait, yerləşmə və təchizatlara görə rəy və qiymətləndirmə etmək hüququna malikdirlər. 4. Qeydiyyatın aparılması və Qeydiyyat hesabının yaradılması 4.1 Saytda mövcud xidmətlərdən (qiymətləndirmə, rəy) yararlanmaq üçün Qonaq.AZ-da qeydiyyatdan keçməklə "Qeydiyyat hesabını" açmalı və həmin Saytın üzvü olmaq lazımdır. 4.2 Qeydiyyat hesabını açmaq üçün istifadəçilərdən qeydiyyat zamanı tələb olunan təlimatlara riayət edilməlidir. 4.3 Siz yalnız bir dəfə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatların dəqiq və düzgün olmasına görə məsuliyyəti əmlak sahibi və Qonaq daşıyır. Eyni zamanda vaxtaşırı yeniləyə bilərsiz. QONAQ.AZ təqdim etdiyiniz məlumatların dəqiq, tam və həqiqi olmadığını bildiyi təqdirdə açdığınız Qeydiyyat hesabını dayandırmağa və ya onu ləğv etmək hüququna malikdir. 4.4 İstifadəçilər hər an Qeydiyyat hesabını deaktivasiya etmək, o cümlədən, şəxsi hesabını dayandırmaq istədiyi zaman QONAQ.AZ-a müraciət edə bilərlər. 5. QONAQ.AZ hüquq və vəzifələri 5.1 QONAQ.AZ əmlak sahiblərindən və Qonaqlardan QONAQ.AZ-a təqdim elədikləri yaşayış yerlərinin çəkilmiş foto şəkillərinin və məlumatlarının mümkün olduğu qədər dəqiq və həqiqi olmalarını tələb edir. 5.2 QONAQ.AZ əmlak sahibləri tərəfindən əmlaklarının əks olunduğu foto şəkillərin və məlumatların dəqiq olmasına görə məsul tərəf kimi rol oynamır və heç bir halda öhdəlik daşımır. 5.3 QONAQ.AZ vaxtaşırı saytın müasir görünüşünün, platformasının və sistemlərinin dəyişməsi və xidmətlərin yerləşdirilməsi əməliyyatını həyata keçirə bilər. Bu proses istifadə zamanı müəyyən məhdudiyyətlərə gətirib çıxara bilər. QONAQ.AZ bu cür məhdudiyyətlərin, mümkün olduğu qədər istifadəçilərə saytdan istifadə zaman təsir etməməsini təmin etməlidir. 5.4 Əmlak sahibləri və Qonaqlar öz hesablarında elan və ya şəxsi məlumatlarını yerləşdirdiyi zaman bu haqda onların elektron ünvanlarına bildiriş göndəriləcək. Bununla da, onlara xəbərdarlıq edilirki, qanunsuz olaraq üçüncü şəxslər sizin yerləşdirdiyiniz məlumatları dəyişə, oxuya və ya onları ələ keçirə bilər. Bu məqsədlə onların məlumatları istifadə edildikdə, dəyişdirildikdə elektron ünvanlarına mütəmadi olaraq bildiriş göndəriləcək. Qeyd edirik ki, üçüncü şəxslər tərəfindən istifadəçilərin məlumatları ələ keçirilərsə, buna görə sayt məsuliyyət daşımır. 5.5 İstifadəçilər razılaşır ki, QONAQ.AZ saytın xidmətlərindən istifadə edənlərin şəxsiyyətlərinin yoxlanılmasına, əmlak sahiblərinin və Qonaqların davranışına, əmlakların vəziyyəti və ya mövcud olub-olmamasına, Qonaqların əmlak sahiblərinin qeyd etdiyi əmlak şərtlərinə əməl edib etməməsinə görə məsuliyyət daşımır. 5.6 QONAQ.AZ-da yerləşdirilən istənilən növ (əmlaklar və turizm təklifləri) elanlar haqqında məlumatlar administrasiya tərəfindən yoxlanıldıqdan sonra təsdiq olunaraq saytda dərc olunur.. 5.7 Turizm xarakterli təkliflərlə bağlı əlavə olunan elanların düzgünlüyünə,məzmununa görə QONAQ.AZ məsuliyyət daşımır. 6. Qeydiyyat hesabları, əlaqə vasitələri və şərhlər 6.1 Qonaqlar şəxsi "Qeydiyyat hesabı" və "Profil" səhifələrində onlara aid yalnız dəqiq və həqiqi məlumatları, o cümlədən, saytda yerləşdirdikləri hər hansı digər məlumatları, habelə yaşayış yerləri haqqında da məlumatları təqdim etməlidirlər. 6.2 İstifadəçilər sistemə giriş üçün onlara aid şəxsi məlumatları gizli saxlamalı, üçüncü şəxslərə ötürməməlidirlər. QONAQ.AZ istifadəçilərə başqa saytlarda istifadə etdikləri şəxsi şifrələrdən istifadə etməməyi tövsiyyə edir. Əgər üçüncü şəxslər tərəfindən sizə aid olan məlumatlar və ya şəxsi hesab şifrəniz tələb olunursa və ya siz şəxsi qeydiyyat hesabınızını qanunsuz olaraq üçüncü şəxs tərəfindən istifadə edildiyindən əminsinizsə, dərhal bu barədə əlaqə vasitəsilə QONAQ.AZ-a bildirməklə şəxsi şifrənizi dəyişə bilərsiniz. 6.3 Qonaqlar saytda əmlak sahiblərinin yaşayış yerləri barədə rəy bildirmək (“Qonaq şərhi”) hüququna malikdirlər. Əmlak sahibi Qonaqların saytda yerləşdirdikləri şərhlərlə tanış olmaq və onlara cavab yazmaq imkanını əldə edirlər ("Əmlak sahibinin şərhi"). İstifadəçilər rəy və qiymətləndirmə edərkən aşağıdakı tələblərə riayət etməlidirlər: 6.4. Rəy əmlakı icarəyə götürən tərəfin hər hansı bir üzvü tərəfindən bildirilməlidir. 6.5. Qonaq öz rəyini yenisi ilə əvəz etmək və ya onu tamamilə ləğv etmək qərarına gəldikdə QONAQ.AZ-a əlaqə vasitələri və elektron ünvan vasitəsilə müraciət edə bilər. 6.6.Rəy bildirən şəxs ən azı 18 yaşına çatmış birisi olmalıdır. 6.7. Ev sahibi şəxsi əmlakına rəy bildirmək və qiymətləndirmə etmək hüququna malik deyil. Bu hal QONAQ.AZ tərəfindən aşkar edildikdə, rəylər və qiymətləndirmə ləğv olunacaqdır. 6.8. Qonaqlara tərəfindən əmlak sahiblərinə düzgün olmayan, qeyri-dəqiq, ədəbsiz, böhtan xarakterli, əsassız rəylərin bildirilməsi. (Bu hal aşkarlandıqda QONAQ.AZ həmin şəxsin hesabını silmək hüququna malikdir.) 6.9. Nəzərinizə çatdırırıq ki, QONAQ.AZ Qonaqların bildirdikləri rəylərin və qiymətləndirmənin və ya əmlak sahiblərinin cavab şərhlərinin düzgün olub-olmamasını yoxlamaq imkanına malik deyil. 6.1.1 Bununla bərabər, QONAQ.AZ Qonaqların rəylərinin,qiymətləndirmələrinin, əmlak sahiblərinin şərhlərinin və saytda yerləşdirilən məlumatların, bildirişlərin istifadə qaydaları və şərtlərinə uyğun gəlməsini tələb edir, Əks halda QONAQ.AZ tərəfindən münasib hesab olunmayan rəylər silinəcək. 6.1.2 Rəy və qiymətləndirmə yalnız qeydiyyatdan keçən istifadəçilər tərəfindən bildirilməli, o cümlədən həmin istirahət məkanında qonaqlamış şəxslər tərəfindən verilməlidir. 6.1.3. İstifadəçilər əmlakın səhifəsində 6 kateqoriya üzrə qiymətləndirmə verə bilər. Qiymətləndirmə bitdikdən sonra səhifə yenilənməsi vasitəsilə qiymətləndirməniz əmlak sahibinin və əmlakın ümumi qiymətləndirməsinə təsir edir. 7.Qadağalar 7.1. Saytın platformasını və ya sistemini zədələyə biləcək istənilən proqramların yüklənilməsi; 7.2. Saytın platforma və ya sistemlərinə istənilən kompyuter sistemi və ya şəbəkəsini təhlükə altına ata biləcək viruslardan istifadə edilməsi. 7.3. Yanlış, aldadıcı və ya yanıldıcı olan hər hansı məlumat paylaşılması, spam və virusların yayılması 7.4. Hər hansı qanunsuz, hədə-qorxulu, təhqiredici, yalançı, böhtançı, ədəbsiz, nalayiq, təhrikedici, seksual xarakterli, pornoqrafik və ya dini pisləyən materialların paylaşılması: 7.5. Sayt vasitəsilə əmlak sahibinin səhifəsində olan əmlak üzrə sifariş verən qonağa əmlak sahibinin hesabında olmayan və onun tərəfindən fərqli yaşayış yerlərin təklif edilməsi: 7.6. 18 yaşına çatmamış və dövlət qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlamaq üçün hüquq və fəaliyyət qabiliyyəti olmayan şəxslərin saytın təklif etdiyi xidmətlərdən istifadə etməsi. 7.7. Qonağa və ya əmlak sahiblərinə (yerləşmə obyekti daxil olmaqla) aid olmayan yalançı, qeyri-dəqiq, aldadıcı məlumatların, eləcə də başqa şəxslərə aid fotoşəkillərin, məlumatların yerləşdirilməsi 7.8. Qonağın ev sahibinin qoyduğu şərtlərə əməl etməməsi (bu vəziyyətdə əmlaksahibi ilə Qonaq arasında yarana biləcək hər hansı münaqişəyə görə sayt məsuliyyət daşımır, məsələnin iki tərəf arasında və ya hüquqi çərçivədə həllini təklif edir): 8.Vergilər. 8.1 Siz Xidmətlərdən irəli gələn və ya onlarla əlaqədar vergilərinizdən təkbaşına məsuliyyət daşıyırsınız və müvafiq səlahiyyətli orqanlara əldə etdiyiniz ödənişlərlə əlaqədar bütün ödənilməli vergilər üçün hesabat verməlisiniz. Biz nə əmlak sahiblərinə, nə də qonaqlara vergi ilə əlaqədar məsləhət verə və ya onların yerinə vergi ödəmələrini həyata keçirə bilmərik. 9. Zərər. 9.1Qonaq.az kimi, siz Yaşayış Yerini sizə verildiyi vaxtdakı vəziyyətində geri qaytarmağa borclusunuz. Əmlak sahibinin bunun əksini iddia etdiyi və dəyən zərər və ya itkilər barəsində sübut, o cümlədən, ancaq bununla məhdudlaşmadan, şəkil və ya imzalı etiraf təqdim etdiyi halda, siz zədələnmiş və ya itmiş əşyaların ekvivalenti ilə əvəz olunması xərclərini ödəməyi öhdənizə götürürsünüz.