Kömək

Qonaq.az saytının fəaliyyəti nədən ibarətdir?

 Bakıda və ya digər rayonlarda yerləşən turizm xidməti fəaliyyəti ilə məşğul olan istirahət məkanlarını (mənzil, kənd evi, villa, istirahət mərkəzi,otel və hostel) özündə birləşdirən elan saytıdır. Bu sayt vasitəsilə hər bir istirahət məkanı sahibi öz əmlakının elanını yerləşdirə bilər, eləcə də yerli və xarici turistlər öz istirahətlərini təmin etmək üçün qeyd olunan əmlaklarla tanış ola və birbaşa istirahət məkanı sahibləri ilə əlaqə saxlayaraq rezervasiya edə bilərlər.

Qeydiyyatdan necə keçmək olar?

1. Giriş/Qeydiyyat bölməsinə daxil olun

2. Yeni qeydiyyata daxil olaraq əlaqə vasitələrinizi qeyd edin

3. E-poçt ünvanı olması zəruridir, çünki sayta giriş və qeydiyyat e-poçt ünvanı vasitəsilə mümkündür

Elan yerləşdirmək ödənişlidir?

QONAQ.AZ-da elan yerləşdirmək tamamilə ödənişsizdir. Bir qeydiyyat hesabı ilə istənilən qədər ödənişsiz elan yerləşdirə bilərsiz.

Necə rəy bildirmək olar?

Siz hər bir elana daxil olaraq həmin əmlak barəsində rəyinizi qeyd edə bilərsiz.Bununla yanaşı, elan sahibinin şəxsi səhifəsinə daxil olaraq həmin istifadəçi haqqında rəy bildirmək imkanına sahibsiz.Siz rəyinizi silə və ya üzərində dəyişiklik edə bilmərsiz.

Necə qiymətləndirmə etmək olar?

Siz əmlakın elanına daxil olaraq həmin əmlak barəsində 6 (altı) kateqoriya üzrə 5 ballıq sistemlə qiymətləndirmə edə bilərsiz.Qiymətləndirmə qeydiyyatdan keçmiş , o cümlədən həmin əmlakda istirahət etmiş şəxslər tərəfindən edilməsi tövsiyyə olunur.Qiymətləndirmə edərkən mövcud kateqoriyaları doldurmağınız kifayet edir. Qiymətləndirməni dəyişmək və silmək mümkün deyil.

Rəy və qiymətləndirmə bildirmə nəyə görə vacibdir?

Qonaq.az-da rəy və qiymətləndirmə yalnız saytdan qeydiyyatdan keçmiş və ən əsası həmin əmlaklarda müəyyən müddət ərzində qonaqlayan yerli və xarici qonaqlar tərəfindən bildirilə bilər. Sizin bildirdiyiniz rəy və qiymətləndirmə digər qonaqların həmin əmlak barəsində ilkin təəssürata malik olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Onlayn rezervasiya etmək mümkündür?

Hal-hazırda saytımızda onlayn rezervasiya sistemi xidməti mövcud deyil, yaxın zamanlarda bu sistem aktivləşdiriləcək,o cümlədən qonaqlar və əmlak sahibləri üçün mümkün rezervasiya sistemləri tətbiq olunacaq.Beləliklə,qonaqlar asanlıqla istənilən istirahət yerini onlayn rezervasiya edə biləcək,həmçinin istirahət məkanı sahibləri sifarişləri mövcud portal vasitəsilə qəbul edəcəklər.

Rezervasiya necə etmək olar?

Siz elanın içərisində sağ tərəfdə istirahət məkanının sahibinin əlaqə vasitələrinə müraciət edərək seçdiyiniz istirahət məkanını rezervasiya edə bilərsiz.

Şikayət və təkliflərimi necə bildirmək olar?

Qonaq.az istirahət məkanı sahiblərinin və qonaqların saytımızın mövcud xidmətlərinin daha da yaxşılaşdırılması, asanlaşdırılması və məlumat bazasının artırılması, eləcə də saytda baş verən mövcud xətaların aradan qaldırılması məqsədilə istifadəçilərin verdikləri təkliflərə böyük önəm verir.

Təklif və şikayətləriniz ilə bağlı aşağıdakı əlaqə vasitələrinə yazılı və zəng edərək müraciət edə bilərsiz:

1)Elektron ünvan: info@qonaq.az 2) Mobil telefon: +994553636343